Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Potensial ABAD-çılara dəstək” layihəsi çərçivəsində 23 nəfərə avadanlıqlar təqdim edilib

ID:

21.12.2023 12:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

“Potensial ABAD-çılara dəstək” layihəsi çərçivəsində 23 nəfərə avadanlıqlar təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin birgə təşəbbüsü olan “Potensial ABAD-çılara dəstək” layihəsi icra olunur.