Bakı Ali Neft Məktəbində (BANM) “Karyera mərkəzlərinin II strateji inkişaf konfransı” keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov çıxış edərək konfransın əhəmiyyətindən danışıb.
×
Bakı Ali Neft Məktəbində (BANM) “Karyera mərkəzlərinin II strateji inkişaf konfransı” keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Rektor karyera mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin, universitetlərdə əmək bazarının tələblərinə uyğun, bacarıqlı mütəxəssislər hazırlanmasının vacibliyini bildirib.
E.Qasımov BANM-də təhsilin müasirləşdirilməsi istiqamətində reallaşdırılan təbdirlərdən bəhs edib.
Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "Karyera mərkəzlərinin fəaliyyətindən Dövlət Məşğulluq Agentliyinin qarşılıqlı gözləntiləri nələrdir?" mövzusunda təqdimatla çıxış edib.
Sonra universitet məzunlarının məşğulluq reytinqi və digər mövzular üzrə məruzələr dinlənilib.