Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“IDEA” paytaxtın Sabunçu rayonunda yeni abad həyətin açılışını edib

ID:

05.04.2024 16:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aprelin 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində növbəti abad həyət sakinlərin istifadəsinə verilib.