Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə oktyabrın 10-da Bakıda “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfrans işə başlayıb.
×
Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə oktyabrın 10-da Bakıda “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda Sosial Tədqiqatlar Mərkəzindən İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Müdafiə Nazirliyinin Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov, STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova, digər rəsmi şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər