Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Elektroenergetika haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib

ID:

01.03.2023 16:50 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Martın 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Sadiq Qurbanov gündəliyə bir məsələ - “Elektroenergetika haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsinin daxil edildiyini deyib.