Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
×

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən və iki gün davam edəcək konfransda 50 xarici, 110 yerli qonaq, eləcə də 40 beynəlxalq təşkilat iştirak edir.
Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış edəcəklər.
Vahid platforma üzrə mövcud təcrübələrin bir araya gətirilməsi, trendlərin müəyyən edilməsi, DOST konsepsiyası tanınma səviyyəsinin daha da artırılması, DOST xidmətləri barədə beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması və s. tədbirin əsas hədəfləridir.
İki plenar və üç paralel iclasdan ibarət olan konfransda yerli və beynəlxalq ekspertlər müxtəlif mövzularda təqdimat və çıxışlar edəcək, panel müzakirəsi aparacaqlar.