Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Çanaq və sirkə kasası sınıqları” mövzusunda beynəlxalq kurs-seminar

ID:

11.11.2023 11:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC /Aydın Məmmədov

Noyabrın 11-də Bakıda “Çanaq və sirkə kasası sınıqları” mövzusunda beynəlxalq kurslar təşkil edilib.

Travmatologiyanın ən ağır sahəsinə həsr olunan tədbir travmatologiya - ortopediya sahəsində elmi və praktik fəaliyyətin inkişafına dəstək olan və bütün dünyada tanınan AO Trauma assosiasiyasının və bu qurumun Azərbaycan üzrə əlaqələndiricisi, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) travmatologiya bölməsinin rəhbəri, tədbirin sədri, tibb elmləri doktoru Aydın Qəhrəmanov tərəfindən təşkil edilib.