Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib

ID:

07.09.2026 18:30 / CƏMİYYƏT

Foto- Azər İbrahimov

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində günün sonuncu panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, "Sərhədlərarası Bərpaolunan Enerji Sertifikatları Sistemi regional inteqrasiya üçün” mövzusunda təşkil olunan sessiyada çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycanın transsərhəd bərpaolunan elektrik enerjisi ticarətinin inkişafı üçün milli sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılmasını və qarşılıqlı tanınmasını təmin edən regional mexanizmin yaradılmasını təklif etdiyini bildirib.