Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb

ID:

07.09.2026 09:50 / CƏMİYYƏT

Foto - Tofiq Babayev,Azər İbrahimov

Azərbaycanın paytaxtında “Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan və Türkiyənin iqlim gündəliyi üzrə rəsmiləri, COP30 və COP31 rəhbərliyi, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də iqlim üzrə yüksəksəviyyəli çempionlar iştirak edirlər.