Sahibkarlığın inkişafı və qadın sahibkarlarla bağlı tədbirlərin keçirilməsi gənc sahibkarların maarifləndirilməsində, onlara peşə təhsili verilməsində mühüm rol oynayır və təşkilatımız belə tədbirlərə dəstək göstərir.
×
Sahibkarlığın inkişafı və qadın sahibkarlarla bağlı tədbirlərin keçirilməsi gənc sahibkarların maarifləndirilməsində, onlara peşə təhsili verilməsində mühüm rol oynayır və təşkilatımız belə tədbirlərə dəstək göstərir. Təşkilatımız 11 min 830 gənc sahibkar xanımı həm peşəyönümlü sahəyə yönəldib, eyni zamanda, onları sahibkarlığa cəlb edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərlə sahibkar xanımların görüşündə “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva deyib.
O qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi sahibkar qadınlarla jurnalist qadınların görüşünü təşkil etməkdir. Eyni zamanda, sahibkar qadınlarla jurnalist xanımların birgə əməkdaşlığı və onların problemlərinin həlli istiqamətində jurnalistlərin sahibkarlar qadınlara dəstək verməsidir: “Sahibkarlığın inkişafında sahibkar qadınların rolu böyükdür. Prezident İlham Əliyev və eləcə də dövlət nümayəndələri sahibkarlıq sahəsinə dəstək göstərirlər. Sahibkar qadınların inkişafı dövlətin sahibkarlığı dəstəkləməsi sayəsində mümkün olub”.