Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik ediləcək

ID:

07.10.2022 13:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Oktyabrın 7-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Zahid Oruc iclası açaraq gündəliyə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin daxil edildiyini deyib.