Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı iki memorandum imzalanıb

ID:

15.12.2022 14:25 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Bakıda təşkil olunan “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” Beynəlxalq Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Dövlət İdarəçiliyi üzrə Afrika Assosiasiyası (AAPAM) arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.