“Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” Beynəlxalq Forum çərçivəsində “UCLG - Afrika - ASAN - Yerli Afrika Dövlət Xidməti Mükafatı”nın təqdimatı keçirilib.
×
“Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” Beynəlxalq Forum çərçivəsində “UCLG - Afrika - ASAN - Yerli Afrika Dövlət Xidməti Mükafatı”nın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, qaliblər dövlət xidmətlərində səmərəliliyin və innovasiyaların tətbiqinə görə fərqlənən Ruanda Respublikasının paytaxtı Kiqali şəhəri və Mərakeş Krallığının Berkan şəhəri olub.
Beləliklə, “ASAN xidmət” dövlət xidmətləri ilə bağlı beynəlxalq mükafat verən qurum kimi çıxış edir. “UCLG Afrika – ASAN –Yerli Afrika Dövlət Xidməti Mükafatı” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “UCLG Afrika” Təşkilatının təşəbbüsü, eləcə də Mərakeş Merlər Assosiasiyasının tərəfdaşlığı ilə təsis olunub. Mükafatın məqsədi Afrika qitəsinin yerli və regional hökumətləri tərəfindən yerli idarəetmə və ictimai xidmətlərin göstərilməsi zamanı ortaya çıxan çətinliklərin azaldılmasına və ya aradan qaldırılmasına yönəlmiş yeni həllərin, innovasiyaların, uğurlu təcrübələrin və təşəbbüslərin beynəlxalq səviyyədə tanıdılması və mükafatlandırılmasıdır. Mükafatın qalibləri Dövlət Agentliyinin dövlət xidmətlərinin göstərilməsi, sosial innovasiyalar sahəsindəki təcrübəsi ilə tanış olmaq imkanı əldə edəcəklər. Bununla da ölkəmizin “ASAN xidmət” təcrübəsi ilə yanaşı, müvafiq istiqamətlər üzrə qabaqcıl həlləri Afrika qitəsi ölkələrində geniş formada öyrəniləcək və təbliğ olunacaq