Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“4Sİ Akademiyası” layihəsinin prioritet məqsədi rəqəmsal bacarıqların inkişaf etdirilməsidir

ID:

13.09.2023 12:35 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Nicat Haşımov

“4Sİ Akademiyası” layihəsinin prioritet məqsədi rəqəmsal bacarıqların inkişaf etdirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifələrini icra edən Fariz Cəfərov sentyabrın 13-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” layihəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib

O, “4Sİ Akademiyası” layihəsinin məqsədi barədə məlumat verərək bildirib ki, Dünya İqtisadi Forumunun “Future of Jobs 2023” hesabatında təqdim edilən məlumata əsasən, gələcəyin əsas bacarıqları rəqəmsal sahələrində üzərində fokuslanmışdır.