Ölkədə mebel sektorunda daha bir yenilik... Paytaxtımızda lüks gözəlliyi ilə seçilən, interyer və dizaynı bir arada cəmləyən yeni bir məkan – “Stella” mebel mağazası bu gündən öz qapılarını müştərilərinə açıq elan edib.
×
Ölkədə mebel sektorunda daha bir yenilik... Paytaxtımızda lüks gözəlliyi ilə seçilən, interyer və dizaynı bir arada cəmləyən yeni bir məkan – “Stella” mebel mağazası bu gündən öz qapılarını müştərilərinə açıq elan edib. İyunun 17-də Bakı şəhəri Atatürk prospekti 97 ünvanında rəsmi açılışını gerçəkləşdirən “Stella” mebel mağazasında müştərilər hər zövqə uyğun mebellərə sahib ola biləcəklər. Burada bütün mebellərlə yanaşı, özəl sifarişlər bölümü də yer almaqdadır.
Şirkətin ixracat müdiri, türk dizayner Sevinç Domaliç məlumat verərək qeyd edib ki, İstanbulda 40 illik tarixi olan və dünyada tanınan bu marka yalnız yüksək keyfiyyət və üstün zövqlə mebel istehsal edir.
“İstanbulda bizim çoxsaylı mebel mağazalarımız fəaliyyət göstərir. 20-dək ölkəyə aktiv olaraq məhsul ixrac edirik. Azərbaycan qardaş ölkə olduğundan bizim üçün burada fəaliyyət göstərmək çox önəmlidir. Bu baxımdan bu gün burada öz mebel mağazamızın açılışını gerçəkləşdirmənin haqlı qürurunu yaşayırıq”, - deyə ixracat müdiri söyləyib.
Yeni açılan mağazada mətbəx mebelləri, otel otağı mebelləri, bir sözlə, bütün növ kateqoriyadan olan mebelləri əldə etmək mümkündür. Müştərilər “Stella”ya üz tutmaqla iri layihələri çox asanlıqla yüksək keyfiyyətli və zövqlü mebellərlə rahatca təmin edə biləcəklər. Mebellər əhaliyə və bütün müştərilərə bu məkanın sayəsində daha yaxın olacaq. İstənilən növdə və hər zövqə uyğun yüksək keyfiyyətli mebelləri “Stella”dan əldə etmək mümkündür. Buradakı bütün məhsullar sağlam və təbii materialdan hazırlanıb.