Zərdab rayonunun Təzəkənd və Böyük Dəkkə kəndlərinin hər birində kompleks transformator məntəqəsi tikilib və sakinlər artıq normal elektrik enerjisi ilə təmin olunublar.
×
Zərdab rayonunun Təzəkənd və Böyük Dəkkə kəndlərinin hər birində kompleks transformator məntəqəsi tikilib və sakinlər artıq normal elektrik enerjisi ilə təmin olunublar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin ötən dövründə əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Belə ki, Məmmədqasımlı və Təzəkənd kəndlərində 0,41 kilometr uzunluğunda 0,4 kv-luq izolyasiyalı kabel xətti çəkilərək istismara verilib. 35/10 kv-luq Seyidlər və Əlvənd yarımstansiyalarında transformatorlar təmir olunub. Habelə, Pərvanlı, Sarıqaya və Qoruqbağı kəndlərində zədələnmiş transformatorlar bərpa edilib və sakinlərin elektirik enerjisinə olan tələbatı ödənilib.