Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Zemfira Meftahətdinova: Dünya çempionatında ölkəmizi 31 idmançı təmsil edəcək

ID:

15.08.2023 14:20 / İDMAN

Foto : AZƏRTAC / Tofiq Babayev

Bakıda keçiriləcək Atıcılıq üzrə Dünya çempionatında Azərbaycandan 31 nəfər idmançı iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova deyib.