Azərbaycanın daha bir cüdoçusu Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.
×
Azərbaycanın daha bir cüdoçusu Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev finalda Avstriya təmsilçisi Şamil Borçaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün Hidayət Heydərov da (73 kiloqram) “Böyük dəbilqə”nin qızıl medalını qazanıb.
"Böyük dəbilqə" turnirində daha əvvəl Azərbaycan cüdoçularından Yaşar Nəcəfov (66 kiloqram) qızıl, Leyla Əliyeva (48 kiloqram) isə gümüş medal əldə edib.