İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq əlilliyi doğuran səbəblərin əvvəlcədən aradan qaldırması istiqamətində hansı işləri görə biləcəyimizi düşünürük.
×
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq əlilliyi doğuran səbəblərin əvvəlcədən aradan qaldırması istiqamətində hansı işləri görə biləcəyimizi düşünürük. Əlillik təkcə qəza və ya bədbəxt hadisə nəticəsində baş vermir. Eyni zamanda, qarşısı alına biləcək müəyyən xəstəliklər var ki, vaxtında aşkarlanıb onlara uyğun tədbirlər görülərsə, əlillik aradan qaldırıla bilər. Bu istiqamətdə bir çox profilaktik testlər həyata keçiririk, boy inkişafı problemi olan uşaqları boy hormonu preparatları ilə təmin edirik. Bu günə qədər 617 uşağa belə preparatlar təqdim olunub. İrsi xəstəliklərin müəyyənləşdirilməsi məqsədilə "topuq" və "tər" testləri aparılır. Bundan sonra da profilaktik tədbirlər davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsinin təqdimat mərasimində deyib.
"Agentliyin son zamanlar ən çox gördüyü işlərdən biri də Vətən müharibəsi iştirakçıları ilə bağlıdır. Ötən il 8 min 500-dən çox Vətən müharibəsi iştirakçısına 120 mindən çox tibbi xidmət göstərilib. Bu il də proses davam edir. Psixoloji yardım mərkəzləri yaradılıb və onlara həmin mərkəzlərdə xidmət göstərilir", - deyə Z.Əliyev qeyd edib.