Tədqiqat xarakterli kitabda Azərbaycan xalqının ordu və dövlətimizlə birliyini, parlaq Qələbəmizi təmin edən Prezident İlham Əliyevin qlobal “araşdırma” şəbəkəsinin ardıcıl hədəfinə gəlməsində erməni amilinin yeri və rolu peşəkarlıqla təhlil edilir.
×

AZƏRTAC xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc fevralın 14-də keçirilən “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” adlı kitabın təqdimat mərasimində söyləyib.
Zahid Oruc bildirib ki, kitabda 44 günlük Vətən müharibəsində hərbi meydanda məğlub olan qüvvələrin informasiya müharibəsində total hücuma keçməsinə dair faktlara, “səlibçi jurnalist”lərin haker yürüşlərinin mahiyyətinə aydınlıq gətirilir.
O qeyd edib ki, döyüş meydanında məğlub olan Ermənistan dezinformasiya ilə məşğuldur və ölkə bu işi erməni lobbisi vasitəsilə həyata keçirir.
“Tədqiqatlar göstərir ki, rəyi soruşulanların 37 faizi informasiyanı sosial şəbəkələrdən alır. Sosial şəbəkələrdə hesabların 47 faizindən 20 faizini isə saxta hesablar təşkil edir. Çoxları saxta hesablar yaradaraq çirkin məqsədlər üçün istifadə edirlər”, - deyə Z.Oruc əlavə edib.