Naxçıvan Muxtar Respublika Stadionunda yeniyetmələrin yay tətilinin səmərəli təşkili məqsədilə keçirilən yüngül atletika üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
×
Naxçıvan Muxtar Respublika Stadionunda yeniyetmələrin yay tətilinin səmərəli təşkili məqsədilə keçirilən yüngül atletika üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edənlər birinciliyin keçirilməsində məqsədin yeniyetmələrin yay tətilində asudə vaxtlarının daha da səmərəli olmasını təşkil etmək və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarət olduğunu bildiriblər.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutan yarış Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilib.
Yekun nəticəyə əsasən 60 metr məsafədə Fuad Quliyev, 100 metr məsafədə Xəyal Fərəcli, 200 metr məsafədə isə Allahverdi Məmmədov finiş xəttinə hamıdan öncə çatıblar.
Sonda qalib idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.