Respublika üzrə yoluxma hallarına görə ilk sıralarda yenə də Bakı şəhəri və Abşeron rayonu qərarlaşıb. Paytaxt üzrə isə Xətai və Binəqədi rayonlarında yoluxma halları Bakının digər rayonlarına nisbətən çoxdur.
×

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
"İndiyədək ölkədə 600 mindən çox vətəndaş COVID-19-a yoluxub. Yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6 milyondan çox test aparılıb. Səkkiz mindən çox vətəndaş isə koronavirusdan vəfat edib. Son sutkada 377 yoluxma qeydə alınıb və 8774 test aparılıb", - deyə Y.Qarayeva qeyd edib.
Departament müdiri əldə olunan müsbət nəticələrə görə, vətəndaşlara minnətdarlığını bildirib, qarşıdan gələn bayram günlərində əhalini diqqətli olmağa çağırıb.