Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, nəqliyyat vasitələrinin sahibləri və sürücülər karantin rejiminin tələblərini düzgün yerinə yetirməli, özlərini qorumalı, başqalarının təhlükəsizliyinin təmin etmək üçün məsuliyyətlərini dərk etməlidirlər.
×

"Karantin rejimi tələblərinin yerinə yetirilməsinin vacibliyini bir daha xatırladaraq sürücülərə və avtomobil sahiblərinə sərt karantin rejiminin tələblərinin yerinə yetirilməsini tövsiyə edirik. Yoluxma hallarının qarşının alınması üçün sürücülər və sərnişinlər qoruyucu vasitələrdən istifadə etməlidirlər. Tövsiyə olunur ki, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunsun”, - deyə V.Əsədov qeyd edib.