Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
×
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Siyəzən şəhər sakini O.Məmmədovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 26 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Havarlı kənd sakini, əvvəllər məhkum olunmuş P.Əsədovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə oradan kultivasiya yolu ilə yetişdirilmiş 11 çətənə kolu və 12 qrama yaxın marixuana aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.