X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı-publisist Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” 60 çiçək + bir çələng” və “Heydər Əliyev.
×
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı-publisist Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” 60 çiçək + bir çələng” və “Heydər Əliyev. Azərbaycanın zəngin mədəniyyəti var” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir videoçarxın nümayişi ilə başlayıb. Videoçarxda müəllifin kitabları və onların ərsəyə gəlmə prosesi, eləcə də Azərbaycan mədəniyyətinin zənginliyi haqqında görüntülər əks olunub. Həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə diqqət və qayğısını, bu mövzunun aktuallığını əks etdirən kadrlar yer alıb.
Təqdimatda çıxış edən kitabların redaktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova Nüşabə Məmmədlinin əsərlərinin Azərbaycan mədəniyyəti və tarixinin tədqiqində önəmli rol oynadığını vurğulayıb. Lətifə Məmmədova Nüşabə Məmmədlinin Heydər Əliyevin mədəniyyət siyasətini yüksək səviyyədə təhlil etdiyini və onun Azərbaycan mədəniyyətinin inkişafına olan töhfələrini geniş şəkildə işıqlandırdığını bildirib.
Tədbir iştirakçıları təqdimatı keçirilən kitabların məzmunundan və müəllifin ədəbi fəaliyyətindən danışıblar.
Sonda kitabların imzalanma mərasimi olub.