Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə bir qrup gənclə görüş keçirilib.
×
Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə bir qrup gənclə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, təbiri açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ulu öndər Heydər Əliyevin Gənclər Gününü təsis etməsindən, gənclərə verdiyi dəyərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələdə inkişaf etməkdədir.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Milli Məclisin deputatı Sadiq Qurbanov bildirib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də gənclərimiz cəmiyyətdə xüsusi yerə malikdir. Azərbaycanda gənclər siyasətinin hazırda uğurla həyata keçirildiyini qeyd edən komitə sədri deyib ki, ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir.
UNEC-in ərazi partiya təşkilatının sədri Mikayıl Zeynallı da gəncləri təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. O, Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmağın, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmağın lazım olduğunu qeyd edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin ərazi partiya təşkilatının sədri Soltanəli Qurbanov çıxış edərək gəncləri təbrik edib, onların Azərbaycan cəmiyyətində xüsusi rola malik olduqlarını vurğulayıb.
Sonda gənclər mükafat və fəxri fərmanlarla təltif olunublar.