Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

YAP Səbail rayon təşkilatında Müstəqillik Gününə həsr olunan tədbir keçirib

ID:

27.05.2022 21:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Cümhuriyyətin yaradılmasına həsr edilən sənədli film nümayiş olunub.