Həyatının kifayət qədər nəzərəçarpan hissəsini Azərbaycan xalqının ümummilli lideri dahi Heydər Əliyevin oğlu kimi təqdim olunan Prezident İlham Əliyev artıq ikinci ildir təkcə Azərbaycanda deyil, bütün dünyada Müzəffər Ali Baş Komandan kimi qəbul edilir.
×

AZƏRTAC xəbər verir ki, bu sözləri YAP Mərkəzi Aparatı və partiyanın Kəlbəcər Rayon təşkilatı tərəfindən birgə keçirilən "Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident" mövzusunda konfransın açılışındakı giriş nitqində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib.
Cavid Qurbanov deyib ki, Azərbaycan xalqına, xüsusilə 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayan insanlara qürur yaşadan Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 19 ilə yaxın müddətdə işğal altındakı ərazilərimizin taleyi ilə hər gün, hər an məşğul olub.
Məmnunluqla qeyd olunub ki, 2020-ci ilin payızında başlayan və 44 gün davam edən Vətən müharibəsində kəlbəcərli gənclər də xüsusi fərqləniblər.
Sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, YAP Mərkəzi Aparatı İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev, Milli Məclisin deputatı Aqil Məmmədov və başqaları çıxış ediblər.