Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

ID:

17.06.2026 18:45 / REGİONLAR

Foto : AZƏRTAC / Tofiq Babayev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Ağdərə şəhərində keçirilən Qərargahın iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonunun Xanabad kəndi ərazisində fəaliyyət göstərən “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində olublar.