Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

XİN: Ermənistanın Gəncəyə hərbi zərbə endirməklə bağlı təhdidi onun terrorçu mahiyyətini ifşa edir

ID:

17.08.2020 15:45 / SİYASƏT

Ermənistan “yeni ərazilər üçün yeni müharibə” məqsədi güdən təcavüzkar hərbi strategiyasını həyata keçirmək məqsədilə iyulun 12-16-da Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə təşkil etdiyi hücum cəhdi iflasa uğradıqdan sonra bu ölkənin hərbi-siyasi rəhbərliyi son hərbi avantüranın uğursuzluğunu digər müstəvilərdə kompensasiya etmək, diqqəti Ermənistanda getdikcə kəskinləşən sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədilə təhrikedici addımlarını və təxribat xarakterli bəyanatlarını davam etdirməkdədir.