Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlar dərman preparatları ilə təchiz olunurlar

ID:

18.02.2022 16:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Uşaqlarda erkən mərhələdə əlilliyin profilaktikası və müalicəsi məqsədilə Milli Fəaliyyət Planı təsdiqlənib. Milli Fəaliyyət Planı çərçivəsində sağlamlıq imkanları məhdud, genetik, metabolik və hormonal pozuntuları olan uşaqlara tibbi-sosial dəstək məqsədilə dərman təchizatı nəzərdə tutulub.