Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xəzərdə daha iki neftçinin cəsədi tapılıb

ID:

24.06.2020 14:35 / CƏMİYYƏT

Foto Azertac

Xəzər dənizində daha iki neftçinin cəsədi tapılıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədi 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilib, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb.