Hazırda dünyada koronavirusa 73 milyondan çox yoluxma var, ölüm halları sürətlə 2 milyona yaxınlaşmaqdadır. Sağalanların sayı 51 milyondan çox olsa da, aktiv xəstə sayı 20 milyonu ötüb.
×
Hazırda dünyada koronavirusa 73 milyondan çox yoluxma var, ölüm halları sürətlə 2 milyona yaxınlaşmaqdadır. Sağalanların sayı 51 milyondan çox olsa da, aktiv xəstə sayı 20 milyonu ötüb.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Ölkəmizdə COVID-19 ilk aşkar olunduğu dövrdən – fevraldan bəri artan dinamika ilə gedir. Hazırda müşahidə olunan ikinci dalğa ilə daha çətin günlər yaşayırıq. Xəstəxanaların infrastrukturunun çox sürətlə yaxşılaşdırılması nəticəsində gündəlik 4 mindən çox yoluxma halının öhdəsindən gələ bilirik. Ölüm halları və xəstəliyin artım dinamikası bizi vaksinasiya üzərində dayanmağa vadar edir. Vaksinasiyanın tətbiqinə qısa müddətdə bütün bəşəriyyət nail olmalıdır”, - deyə R.Bayramlı qeyd edib.