Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xarici ölkələrdə ermənilərin təxribatçı fəaliyyəti ilə qarşılaşan diplomatik nümayəndəliklərimizin və konsulluqlarımızın rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib

ID:

25.07.2020 14:30 / SİYASƏT

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov son günlərdə bir sıra xarici ölkələrdə yerli azərbaycanlı icmaların üzvlərinin, eləcə də bu ölkələrdəki diplomatik nümayəndəliklərimizin radikal ermənilərin son dərəcə aqressiv və təxribatçı əməllərinin hədəfinə çevrilməsi ilə əlaqədar, ölkəmizin ABŞ, eləcə də bir sıra Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirib.