Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

ID:

04.08.2020 16:40 / ELM VƏ TƏHSİL

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə II sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti avqustun 16-sı saat 23:59-dək uzadılıb.