Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub

ID:

03.07.2025 12:50 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat verdilər.