Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xalq rəssamı Tahir Salahovun xatirəsi anılıb

ID:

29.11.2021 15:45 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun doğum günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun ev-muzeyində tədbir təşkil olunub.