Təzəpir məscidində Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.
×

Mərhumun cənazəsinin qoyulduğu postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adından əklil qoyulub.
Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, respublikanın “Əməkdar incəsənət xadimi” (1973), “Xalq artisti” (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli “Əmək” (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.