Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

ID:

27.06.2024 20:55 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Onu səhnəmizin “ağ çiçəyi” adlandırırlar. Doğrudan da, milli rəqslərimizin sədaları altında qanad açıb quş kimi süzən ürkək baxışlı, zərif yerişli bu xanımı ağ göyərçinə, qağayıya, durnaya bənzədənlər, bənövşə ilə müqayisə edənlər də olub.