Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Voleybol üzrə Azərbaycan çempionatının yeni mövsümünə start verilib

ID:

17.12.2021 17:20 / İDMAN

Foto : AZƏRTAC / Azər İbrahimov

Dekabrın 17-də qadın və kişi voleybolçular arasında ölkə çempionatlarının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Murov” idman klubunda təşkil olunan mərasimdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.