Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

"Virtual Diabet Məktəbi" layihəsinin təqdimatı keçirilib

ID:

08.12.2021 17:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

Dekabrın 8-də "Virtual Diabet Məktəbi" layihəsinin və diabetim.az saytının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ölkəmizdə 290 minə yaxın şəkərli diabet xəstəsinin qeydiyyatda olduğunu və son illər bu rəqəmin 5-6 faiz artdığını qeyd edib.