Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Vətən müharibəsinin iyirminci günündə rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini düşməndən azad etdi

ID:

17.10.2021 09:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarının ilk günlərində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər düşməndən azad olundu.