Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Vətən müharibəsi şəhidi Rəşad Zeynallının doğum günündə xatirəsi anılıb

ID:

21.04.2022 15:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Vətən müharibəsi şəhidi Zeynallı Rəşad Qiyas oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədrinin, rayon ictimaiyyətinin nümayəndələrinin və şəhidin ailə üzvlərinin iştirak etdikləri ziyarət zamanı Vətən müharibəsi qəhrəmanının əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.