Mən hərbi xidmətdə olarkən ümummilli lider Heydər Əliyev bizimlə tez-tez görüşlərə gəlir, çıxışlarında hər zaman Qarabağsız yaşamağın mümkün olmadığını bildirir, bizlərə vətən sevgisi təlqin edirdi.
×
Mən hərbi xidmətdə olarkən ümummilli lider Heydər Əliyev bizimlə tez-tez görüşlərə gəlir, çıxışlarında hər zaman Qarabağsız yaşamağın mümkün olmadığını bildirir, bizlərə vətən sevgisi təlqin edirdi. Deyirdi ki, biz Qarabağa qayıdacağıq, bunun öz vaxtı, öz məqamı var.
Bunu AZƏRTAC-a müsahibəsində İkinci Qarabağ müharibəsi qazisi Səyavuş İmranov deyib.
O bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Çünki onlar içərisində yalnız dahi Heydər Əliyev milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət xadimində cəmləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər bu iki ali keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi digər sahələrdə də özünü lider kimi təsdiq etmişdi.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Ulu Öndər qədər misilsiz xidmətlər göstərən ikinci dövlət xadimi tapmaq mümkün deyil. Bu mənada, Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan lider, güvən yerimiz, qürur duyduğumuz və özümüzə arxa bildiyimiz böyük azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, seçilən siyasi xadimi idi. Ulu Öndər dünya siyasətinə təsir etmək gücündə olan lider idi.
Qeyd edək ki, Səyavuş İmranov Prezident İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunub.