Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Vatikanda Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışı olub Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib

ID:

16.10.2025 22:30 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da səfər çərçivəsində Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.