Vaqif Dərgahlı: Qoşunlarımızın sərəncamındakı müasir HHM vasitələri düşmənin Mingəçevir Su Anbarını vurmasına imkan vermir
ID:
16.07.2020 16:05 / SİYASƏT
Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına Azərbaycanın Müdafiə Nazirliyi cavab verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı AZƏRTAC-a bildirib ki, Mingəçevir Su Anbarının yeləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə (HHM) qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.