Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Uşaq Kitab Festivalı: Minlərlə kitabın endirimlə satışı, ustad dərsləri, imza günləri, əyləncəli tamaşalar...

ID:

08.04.2023 14:50 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Aprelin 8-də Bakı İdman Sarayında İkinci Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir (ANAİB).