Azərbaycanda keçirilən Beynəlxalq Su Konfransını olduqca əhəmiyyətlidir. Hər kəs başa düşməlidir ki, su birmənalı olaraq həyatdır.
×
Azərbaycanda keçirilən Beynəlxalq Su Konfransını olduqca əhəmiyyətlidir. Hər kəs başa düşməlidir ki, su birmənalı olaraq həyatdır.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilanda keçirilən “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” beynəlxalq konfransının iştirakçısı, UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Aleks Haykens deyib.
“Dünyada içməli su mənbələri ötən illərə nisbətən azalıb. Belə vəziyyətdə şirin su axarı olan Oxçuçayın çirkləndirilməsi sadəcə Azərbaycan üçün deyil, dünya üçün riskli bir haldır”, - deyə o bildirib.