Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

UNEC-də Elm Festivalı keçirilib

ID:

08.04.2025 16:20 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Səfiyar Məcnun

Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalın açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il qeyd olunan Elm Gününə həsr olunduğunu bildirib.