Sentyabrın 15-də Bakı Kitab Mərkəzində “Ümummilli Lider Heydər Əliyevin İKT strategiyası” adlı kitabın təqdimatı keçirilib.
×
Sentyabrın 15-də Bakı Kitab Mərkəzində “Ümummilli Lider Heydər Əliyevin İKT strategiyası” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
"Ümummilli Lider Heydər Əliyevin İKT strategiyası” adlı kitabın müəllifi və layihənin rəhbəri Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyinin sədri Siruz Abasbəyli, redaktoru Əkbər Nəcəfdir.
Tədbiri tanınmış jurnalist-publisist Qulu Məhərrəmli açaraq bildirib ki, rabitəmizin inkişaf yolu müəyyən tarixi mərhələlərdən keçib. Oxuculara təqdim edilən bu kitabda həmin mərhələlərdən bəhs edilir.
Əməkdar elm xadimi Qəzənfər Paşayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, Milli Məclisin deputatı Aqil Abbas, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçı Xeyrəddin Qoca və digərləri Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini, rabitə, İKT və rəqəmsal texnologiyaların tətbiqində zamanı qabaqlamaq bacarığını, ötən əsrin 70-80-ci illərində imzaladığı qərarların verdiyi töhfələrdən danışıb, ölkəmizin inkişafı naminə gördüyü misilsiz işlərin gənc nəslə çatdırılmasının vacibliyini qeyd ediblər.